Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2023-cü ilin aprel ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, aprelın 26-da bir qrup Xocalı rayon sakinlərinin məskunlaşdığı Tərtər rayonunun Şıxarx qəsəbəsində növbəti səyyar görüş qəbul-görüş keçirib. Görüşdə Şahmar Usubovla birgə, Xocalı Rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev və sakinlər iştirak ediblər. Şahmar Usubov qəbulda səsləndirilən məsələlərin müsbət həll olunması üçün aidiyyəti üzrə göstərişlər verib, icrası vaxt tələb edən məsələlər isə icraata götürülüb.